İlham Əliyev beynəlxalq hüququn pozulmasından DANIŞDI

İlham Əliyev beynəlxalq hüququn pozulmasından DANIŞDI

Hazırda oxunan: İlham Əliyev beynəlxalq hüququn pozulmasından DANIŞDI

91760

“Beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda sualları cavablandırarkən bildirib. 

Dövlət başçısı bildirib ki, bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulub: 

“Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər.  

Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq?

O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO