"Aİ-nin istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına aidiyyəti yoxdur" - Zaxarova

Hazırda oxunan: "Aİ-nin istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına aidiyyəti yoxdur" - Zaxarova

91343

“Rusiya Bakı və İrəvanla birlikdə diqqətini ali səviyyədə üçtərəfli razılaşmaların bütün bəndlərinin həllinə yönəldib. Razılaşdırılmış üçtərəfli format çərçivəsində görülən müvafiq işlər predmetli xarakter daşıyır və ardıcıl olaraq inkişaf edir. Avqustun 30-da Moskvada ölkəmizin məşvərətçi yardımı ilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın görüşü keçirilib. O ki qaldı Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin mətninin hazırlanması ilə bağlı Avropa İttifaqının vasitəçiliyi ilə işçi qrupun yaradılması planı haqqında informasiyaya, bu barədə Azərbaycandan və Ermənistandan olan tərəfdaşlarımızdan bizə hansısa məlumat daxil olmayıb”.

Bizim.Media “arka.am”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirilən brifinqdə deyib.

Zaxarova ümumilikdə, Avropa İttifaqının Cənubi Qafqazda fəallığının geosiyasi ambisiyalarla müəyyənləşdiyini gördüklərini bildirib:

“Fikrimizcə, Aİ-nin real istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına heç bir aidiyyəti yoxdur. Deyərdim ki, bu, avropalıların “psevdo təşəbbüsü”dür. Bunlar daha çox utanmadan vasitəçiliyi özününküləşdirməyə bənzəyir, hansı ki, bunun altında heç nə yoxdur.
Biz vasitəçi kimi işləyirik və bu iş konkret nəticələr verir, müvafiq olaraq tərəflər də bunu qiymətləndirir. Kimsə vasitəçi olmadan özünü vasitəçi kimi qələmə verirsə, görünür, onlar heç nə təklif etmək iqtidarında deyillər, lakin burada da özlərinin iştirakını göstərmək istəyirlər. Ümumiyyətlə, belə bir təəssürat var ki, Brüssel diplomatiya vərdişlərini itirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO