"Ermənistan öz cəsədlərinə yiyə durmur"

Hazırda oxunan: "Ermənistan öz cəsədlərinə yiyə durmur"

899

“Bir daha vurğulamaq istərdim ki, Azərbaycanla Ermənistan arasında cəsədlərin, həmçinin əsirlərin dəyişdirilməsi mexanizmi artıq bir müddətdir hazırdır və işləkdir”. Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O, bildirib ki, Moskvada əldə olunmuş müvəqqəti humanitar atəşkəsə uyğun olaraq, Azərbaycan Ermənistan tərəfinə müraciət edib ki, birtərəfli qaydada erməni əsgərlərinin cəsədlərini təhvil verməyə hazırdır: “Çox təəssüf ki, Ermənistan tərəfi bu müraciətə laqeyd qaldı. Bunun üçün də məsuliyyət Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin üzərinə düşür. Bütün bu məlumatlar rəsmi kanallar vasitəsilə müvafiq beynəlxalq qurumlara çatdırılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO