İlham Əliyev misirli həmkarını təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi

Hazırda oxunan: İlham Əliyev misirli həmkarını təbrik etdi

85045

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə məktub göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli cənab Prezident, 

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir. 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO