“Rusiyanın Azərbaycanın müstəqil siyasətinə təsir imkanları zəifləyib” – İrfan Kaya

“Rusiyanın Azərbaycanın müstəqil siyasətinə təsir imkanları zəifləyib” – İrfan Kaya

Hazırda oxunan: “Rusiyanın Azərbaycanın müstəqil siyasətinə təsir imkanları zəifləyib” – İrfan Kaya

84547

“Sanksiyalarla sıxışdırılan Rusiya Azərbaycanla Avropa İttifaqı arasında imzalanan strateji tərəfdaşlığa dair enerji memorandumuna reaksiya verməyəcək”.

Bu fikirləri Bizim.Media-ya verdiyi açıqlamada Türkiyəli siyasi ekspert İrfan Kaya səsləndirib.

Ekspert söyləyib ki, hazırda Aİ ölkələrinin Rusiya qazından asılılığı 40% təşkil edir. Moskva ilin sonuna qədər isə mavi yanacaq təminatını tamamilə dayandıracaq: 

“Buna müqabil Avropa İttifaqı Azərbaycanın 5 il ərzində Türkiyə üzərindən Aİ ölkələrinə qaz nəqlini 2 dəfə artıraraq 20 milyard kubmetr səviyyəsinə çatdırmasını razılaşdırıb. Lakin Azərbaycan qazının Rusiyanın ötürdüyü qaz həcmini əvəz etməsi mümkün deyil. Ona görə də Türkmənistan və Qətər qazının Türkiyə üzərindən Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılması layihəsi də gündəmdədir. Aİ həmçinin İran və ABŞ arasında problemlərin həlli və İran qazının da nəqli üzərində işləyir”.

Bəs Moskva Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış və Azərbaycan qazının tədarükünün iki dəfə artırılmasını nəzərdə tutan anlaşma memorandumu barədə nə düşünür?

Türkiyəli ekspert bildirib ki, Putinin arxa bağçası hesab etdiyi keçmiş SSRİ ölkələrini nəzarətdə saxlamağa çalışdığı məlum faktdır: 

“Bu gəlişmələrin fonunda Rusiyanın Türkmənistana təzyiq göstərəcəyini gözləmək olar. Lakin hazırda Rusiyanın belə təzyiq göstərməsi üçün uyğun mühit yoxdur. Moskva administrasiyası yeni reallıqları dolayısı ilə qəbul etməli olacaq. O cümlədən Rusiyanın Azərbaycanın müstəqil siyasətinə təsir imkanları da zəifləyib. Regiondkı reallıqlar artıq Bakının xeyrinə əsaslı şəkildə dəyişib”.

Ukrayna müharibəsi səbəbindən Moskvanın indiyədək altı qrup sanksiya ilə üzləşdiyini qeyd edən İrfan Kaya əlavə edib ki, hazırda Avropa ölkələri Rusiyaya qarşı yeddinci sanksiyaya hazırlaşır: 

“Taxıl dəhlizi danışıqlarında Rusiya dolayısı ilə öz buğdasının Türkiyə üzərindən daşınmasını gündəmə gətirib. Əslində Putin İsveç və Finlandiyanın NATO-ya üzv olmasına icazə verdiyinə görə Ərdoğana da qəzəblidir. Amma onun edə biləcəyi heç nə yoxdur. Türkiyə Putinin dünya ilə ticarət əlaqələri qura biləcəyi yeganə ölkədir, ona görə də bu mövzuda ahəngdar davranır. Eynilə, Rusiya Azərbaycanın Avropa İttifaqına təbii qaz satışını bəyənməsə belə, hər hansı sanksiya və ya məcburiyyət tətbiq edəcəyi gözlənilmir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO