Başqanlığa keçmiş namizəddən iynəli açıqlamalar...

Başqanlığa keçmiş namizəddən iynəli açıqlamalar...

Hazırda oxunan: Başqanlığa keçmiş namizəddən iynəli açıqlamalar...

84220
Bir neçə aydan sonra növbəti parlament seçkiləri keçiriləcək. Bəs partiya və birliklər bu seçkiyə hansı formatda qatılmaq haqda fikirləşirlər? 

Moderator.az-a açıqlama verən Müsavat başqanlığına keçmiş namizəd, partiya üzvü Tural Abbaslı artıq seçkidə iştirak etmək haqda qərar verdiyini bildirdi:

“Mən parlament seçkilərində iştirakla bağlı artıq qərarımı vermişəm. İnşallah 21 saylı Nəsimi Seçki Dairəsindən namizədliyimi irəli sürəcəm. Bu işdə partiyanın məni dəstəkləyib-dəstəkləməməsi məsələsi artıq onun verəcəyi qərardır. Mən hal-hazırda bu seçkilərə bir qrup tanınmış və mübarizə yolu keçmiş gənc siyasətçi ilə birlikdə blok şəklində getmək niyyətindəyəm. Bu istiqamətdə artıq xeyli işlər görülüb. Biz çalışacağıq ki, ən az; 10-15 təmiz, yeni gənc simadan ibarət komanda şəkilində bu seçkidə iştirak edək. Artıq namizədlərimizin dairələr üzrə müəyyənləşdirilməsi prosesi yekunlaşır. Şüarlar və digər məsələlər üzrə işlərsə davam edir. Əsas məqsəd artıq illərdir eyni simalardan və eyni vədlərdən yorulmuş seçicilərə yeni simalar və siyasi komanda təqdim etməkdir.Yəni artıq xalqın inamını itirmiş qüvvələrin alternativi olaraq meydana çıxmaq zamanıdır. Çalışacağıq ki, bu seçkilərdən istifadə edib belə bir siyasi nəsil dəyişikliyini həyata keçirək.”x9d 
Tural Abbaslı həmçinin Müsavat Partiyasının son durumu ilə bağlı danışaraq bildirdi ki, partiyanın əvvəlki tək seçki ərəfəsində birliklər yaradaraq seçkiyə qatılması perspektivi hazırkı halda çox zəifdir:
 
"Müsavat Partiyası qurultaydan sonra düşdüyü bu ağır vəziyyətdə seçkilərə təkbaşına qatılmaq gücündə deyil. Odur ki, o bu seçkilərə mütləq kiminləsə blok şəkilində qatılmalıdır. Əks təqdirdə Müsavatın 125 dairədən layiqli və güclü namizəd verə biləcəyinə belə inanmıram. Orası da başqa bir məsələdir ki, partiyanın indiki rəhbərliyi belə birlikləri yarada biləcək bacarığa və təcrübəyə malikdir, ya yox".

Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO