“Ş.Mişel etdiyi telefon zəngilə sərhədlərin açılması və sülh sazişi ətrafında qurumun özünün maraqları çərçivəsində görünür yeni təkliflər irəli sürüb”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin eyni gündə Azərbaycan Prezidenti İlham Əliyev, habelə Özbəkistanla Qazaxıstanın dövlət başçılarına etdiyi telefon zəngini şərh edərkən deyib:
“Avropa İttifaqı postsovet məkanında baş verən proseslərə ciddi diqqət yetirir. Şarl Mişelin vasitəçiliyilə Brüsseldə Azərbaycan dövlət başçısı ilə Ermənistanın baş naziri bir neçə dəfə görüşdü. Görüş fonunda tərəflər arasında bir sıra ciddi məsələlər müzakirə edildi.
MÖVZU İLƏ BAĞLI:
Şarl Mişel Azərbaycan Prezidentinə zəng etdi
Hətta onların həlli istiqamətində müəyyən addımlar da atılıb. Brüssel danışıqları və əldə olunan razılıqların həyata keçirilməsi istiqamətində görülən işlər, Ermənistanın müəyyən problemlər yaratmaqda davam etməsi və s. məqamlar vasitəçi kimi təbii ki, Şarl Mişelin marağındadır.
O, başa düşür ki, müəyyən digər qüvvələr sərhədlərin açılması və sülh sazişinin imzalanması prosesini görünür ləngitmək istəyir. Ş.Mişel Avropa İttifaqı Şurasının rəhbəri kimi görünür etdiyi telefon zəngilə bu məsələ ətrafında qurumun özünün maraqları çərçivəsində yeni təkliflər irəli sürüb”.
Mişelin Özbəkistan və Qazaıstan prezidentlərinə zəngi isə Mərkəzi Asiyada cərəyan edən son proseslərdən qurumun narahat olduğunun nəticəsidir:
“Özbəkistanda isə separatçılar başlarını qaldırıb. Təbii ki, Aİ-ni belə bir təhlükə də maraqlandırmaya bilməz. Aİ də prosesdən narahatdır. Qazaxıstana gəldikdə, bu ölkə çox mürəkkəb proseslərdən sonra gərgin vəziyyətdən çıxıb.
Qazaxıstan Prezidenti postsovet məkanında yaradılan separatçı rejimləri tanımayacağını qəti şəkildə bildirdi. Bu fonda Qazaxıstanda cərəyan edən proseslər də Aİ-nin diqqət mərkəzindədir”.
Rüfət Sultan, Bizim.Media