Səfir Arif Məmmədova münasibət birmənalı deyil

Səfir Arif Məmmədova münasibət birmənalı deyil

Hazırda oxunan: Səfir Arif Məmmədova münasibət birmənalı deyil

81393

Natiq Miri: “Artıq neçənci dəfədir ki, arx gəlməmiş çırmanan yeganə qüvvə Milli Şuradır”x9d

Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin keçmiş rəhbəri, Azərbaycanın Avropa Şurası yanında sabiq daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olan Arif Məmmədov son bir neçə həftədir Azərbaycan hakimiyyətinin siyasətinə sərt müxalif mövqe nümayiş etdirir. 

Azərbaycan hakimiyyətinin təmsilçiləri isə artıq onu özlərinin və Azərbaycanın düşməni elan ediblər. Diqqəti cəlb edən maraqlı bir məqam isə ondan ibarətdir ki, Arif Məmmədov nə qədər kəskin açıqlamalar versə də, hakimiyyətdən də nə qədər sərt cavab alsa da müxalifət düşərgəsində ona bir laqeydlik, sanki bir inamsızlıq var. Milli Şuradan və bu qurumun əsas qüvvəsi olan AXCP-dən başqa hansısa müxalifət təşkilatının üsyançı diplomatı ciddi şəkildə müdafiə etdiyi müşahidə olunmur.  

Politoloq Natiq Miri hesab edir ki, Arif Məmmədovun Milli Şuradan başqa digər siyasi qüvvələr tərəfindən ciddi qəbul edilməməsinin, ona inamsızlığın səbəbləri var. Arif Məmmədov xarici qüvvə tərəfindən idarə olunur. Bu, həmin qüvvələrin öz maraqlarını diktə etmək üçün bilavasitə hakimiyyətə təzyiq mexanizmidir: “Arif Məmmədov bir projenin tərkib hissəsidir. Milli Şuranın, AXCP-nin onu şiddətli müdafiə etməsi də həmin planın tərkib hissəsidir. Diqqət edirsinizsə, nə Müsavat Partiyası, nə də digər siyasi partiyalar Arif Məmmədovu müdafiə mövqeyində deyillər. Yalnız Milli Şura və AXCP önə çıxıb. Kimlərsə yeni bir Rüstəm İbrahimbəyovu cəmiyyətə qəbul etdirmək istəyir. Ancaq belə görünür ki, cəmiyyət və siyasi qüvvələr bunu həzm etmir”x9d.

 

Ekspertin sözlərinə görə, Milli Şura belə fon yaratmaq istəyir ki, Arif Məmmədovun mövqeyi bütün ictimai-siyasi qüvvələr içərisində dəstək qazanmağa başlayıb. Halbuki 2013-cü ildəki Rüstəm İbrahimbəyov projesinin fiaskosundan sonra cəmiyyət artıq buna bənzər projelərə inanmır, bu cür projelərin səmimi olduğuna inam cəmiyyətdə aşağıdır: “Milli Şura neçə vaxtdır çox cəhd edir, lakin o inamı bərpa edə bilmir. İnsanlar, siyasi qüvvələr həm də görürlər ki, Arif Məmmədov gələcəkdə ciddi siyasi qüvvəyə, ciddi bir prosesə liderlik edə biləcək imkanları daşımır. Ona qarşı bir laqeydlik, inamsızlıq həm də bununla bağlıdır. Sadəcə, Milli Şura növbəti dəfə müəyyən sifarişlərlə yeni “Rüstəm İbrahimbəyov”x9du cəmiyyətə sırımağa çalışır. Artıq neçənci dəfədir ki, arx gəlməmiş çırmanan yeganə qüvvə Milli Şuradır".(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO