Azərbaycan-Rusiya arasında imzalanan informasiya təhlükəsizliyi sazişinin TAM MƏTNİ 

Azərbaycan-Rusiya arasında imzalanan informasiya təhlükəsizliyi sazişinin TAM MƏTNİ 

Hazırda oxunan: Azərbaycan-Rusiya arasında imzalanan informasiya təhlükəsizliyi sazişinin TAM MƏTNİ 

80852

Bu gün, iyunun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində Azərbaycan və Rusiya hökumətləri arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov imzalayıblar. 

Bizim.Media xəbər verir ki, müqavilə, preambulada deyildiyi kimi, “informasiya təhlükəsizliyinə mövcud olan təhdidlərin effektiv qarşısının alınmasına” yönəlib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovla Lavrov arasında geniştərkibli görüş başa çatdı – YENİLƏNİB / VİDEO  


Sənədə əsasən, informasiya təhlükəsizliyi təhdidlərinə aşağıdakılar daxildir: 

- dövlətlərin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlər; 

- informasiya infrastrukturunun mühüm obyektlərinə kompüter hücumları; 

- terrorizmin təbliği və terrorizmin məqsədləri; 

- dövlətin daxili işlərinə qarışma və ictimai asayişi pozma; 

- millətlərarası, irqlərarası və dinlərarası nifrətin qızışdırılması, separatizm və ekstremizmə səbəb olan irqçilik və ksenofobiyanın təbliği, nifrət və ayrı-seçkilik, zorakılığa və qeyri-sabitliyə çağırış; 

- vətəndaşların həyatına və təhlükəsizliyinə təhlükə yaradan və ya ağır nəticələrə səbəb olan hallar və digər hallar haqqında etibarlı məlumat adı altında bilərəkdən yalan məlumatların yayılması. 
Tərəflər informasiya məkanında təhlükəsizliyi və sabitliyi, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörməti, mübahisələrin və münaqişələrin sülh yolu ilə həllini, güc və hədə-qorxudan istifadə etməməyi, daxili işlərə qarışmamağı, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, o cümlədən əsas azadlıqlara hörmətə, habelə ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya ehtiyatlarına qarışmamaq prinsiplərinə uyğun hərəkət etməyi özündə əks etdirir. 


Saziş bərabərlik prinsiplərinə, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq, əsas təhlükələrə, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatizm və ekstremizmin təbliğinə, vətəndaşların həyatı və təhlükəsizliyinə qarşı birgə mübarizə və s. kimi hallarda informasiya-kommunikasiya texnologiyalarından istifadəyə qarşı mübarizəyə, o cümlədən sülh, sabitlik və inkişaf naminə informasiya-kommunikasiya texnologiyalarından istifadəyə yönəlmiş əməkdaşlıq üçün əsas kimi nəzərdə tutulub. 

Qeyd edək ki, müqavilənin mətni “haqqın.az” saytında dərc olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO