“Bu gün Özbəkistanın bütün sakinləri, bütün xalq Sizi gözləyir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində deyib.
MÖVZU İLƏ BAĞLI:
“Özbəkistan Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayandı” - Şavkat Mirziyoyev
Onun sözlərinə görə, bu səfər həqiqətən tarixi səfər olacaq:
“Əlbəttə, bu gün biz hər şey haqqında söhbət edəcəyik. Bu, bizim qarşılıqlı münasibətlərimizə böyük təkan verəcək və gələcəkdə biz öz münasibətlərimizi tamamilə başqa səviyyəyə çatdıracağıq, ona görə ki, biz buna çoxdan hazırlaşırdıq”.
Xatırladaq ki, Heydər Əliyev Meydanının açılışında Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Bizim.Media