Şavkat Mirziyoyev Heydər Əliyevi müstəqil Azərbaycanın memarı adlandırdı

Şavkat Mirziyoyev Heydər Əliyevi müstəqil Azərbaycanın memarı adlandırdı

Hazırda oxunan: Şavkat Mirziyoyev Heydər Əliyevi müstəqil Azərbaycanın memarı adlandırdı

80288

“Bu gün biz bərəkətli Özbəkistan torpağında əziz qonağımız, Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi salamlayırıq. Dərin rəmzi məna daşıyır ki, Sizin dövlət səfəriniz Azərbaycan xalqının ümummilli lideri, Özbəkistanın böyük dostu, hörmətli Heydər Əlirza oğlu Əliyevin şərəfinə onun adını daşıyan küçənin və burada qoyulmuş barelyefin təntənəli açılış mərasimi ilə başlayır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səsləndirib.

“Biz hamımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı” – Azərbaycan Prezidenti


Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib.

O, həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Ali Sovetinin sədri seçilib”, deyə o, qeyd edib.

Xatırladaq ki, Heydər Əliyev Meydanının açılışında Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO