“Zəngəzur dəhlizi açılmalıdır” - Binəli Yıldırım 

“Zəngəzur dəhlizi açılmalıdır” - Binəli Yıldırım 

Hazırda oxunan: “Zəngəzur dəhlizi açılmalıdır” - Binəli Yıldırım 

79508

“26 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib. Azərbaycan torpaqlarını özü işğaldan azad edib”.

Bizim.Media xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində AKP sədrinin müavini, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.

Binəli Yıldırım deyib ki, beynəlxalq təşkilatlarda islahatların aparılması artıq bir zərurətə çevrilib:
 

MÖVZU İLƏ BAĞLI:

Binəli Yıldırım: "Müharibədən bir neçə gün əvvəl Azərbaycana gəlmişdim və..." -


“Biz 40 ildir ki, terrorla mübarizə aparan və böyük bədəllər ödəyən bir ölkəyik. Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri 10 ildir ki, yaşayırıq. İnanırıq ki, artıq Avropa bizimlə bağlı terror təhdidini daha yaxşı anlayacaq”.

Binəli Yıldırım qeyd edib ki, Zəngəzur dəhlizi də artıq açılmalıdır: “Bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO