“Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir” - Prezident

“Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir” - Prezident

Hazırda oxunan: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir” - Prezident

77155

"Azərbaycan və Avropa Komissiyası arasında səmərəli əməkdaşlıq Cənub Qaz Dəhlizinin reallaşdırılmasında mühüm rol oynadı və gələcək planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.

“Biz Avropa Komissiyası ilə daimi təmasdayıq. Fevral ayının əvvəllərində Bakıda Avropa İttifaqının (Aİ) enerji üzrə komissarı və Azərbaycanın energetika naziri arasında baş tutmuş müzakirələr nəticəsində Azərbaycan və Aİ arasında enerji dialoqu yaradıldı. Bura neft, qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi daxildir. Bunlar geniş məsələlərdir və onların müzakirəsi gələcək planlarımızı qurmağa imkan verəcək”, - dövlət başçısı deyib.

İlham Əliyev söyləyib ki, Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir:

“Hasilatın pay bölgüsü ilə bağlı ilk müqavilənin imzalandığı 1994-cü ildən indiyədək müqavilədə bir söz belə dəyişdirilməyib. Bu, bizim mövqeyimizi nümayiş etdirir. Biz öhdəliklərimizə hörmət edir, onları yerinə yetiririk və istəyirik ki, tərəfdaşlarımız da öz öhdəliklərini yerinə yetirsin”.

Dövlət başçısı Azərbaycanda siyasi və iqtisadi sabitliyin olduğunu nəzərə çatdırıb:

"Yeni infranstrukturun tikintisi, böyük potensial, təcrübə - bütün bu amillər böyük enerji şirkətlərinin bərpa olunan enerjiyə investisiya qoymaq üçün cəlb edilməsi baxımından mühüm rola malikdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO