Ceyhun Bayramov yaponiyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi - DETALLAR

Ceyhun Bayramov yaponiyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi - DETALLAR

Hazırda oxunan: Ceyhun Bayramov yaponiyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi - DETALLAR

72897

Xarici işlər naziri Ceyhun Bayramov Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Yaponiya nümayəndə heyətini salamlayaraq, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğuladı və Azərbaycanın Yaponiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə normallaşma prosesini müzakirə etdi - FOTO


Öz növbəsində, Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq bu müddət ərzində Azərbaycan və Yaponiya arasında bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirdi.

Nazir müavini Honda Taro enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycanın regionda Yaponiyanın mühüm tərəfdaşı olduğunu ifadə etdi.

Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi apardılar.
Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıldı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO