Prezident:

Prezident: "Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır"

Hazırda oxunan: Prezident: "Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır"

72436

"Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır". 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək" - İlham Əliyev 


"Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib - hər birimiz, o cümlədən Mahir. Onu irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə barışmazlığı olub. Canını fəda edib, amma onun kimi övladlarımız xalqımızın ləyaqətini bərpa etdilər. Bu, qələbə qədər vacib məsələdir, gələcək nəsillərin yetişməsi və tərbiyəsi üçün əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq", - dövlət başçısı vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO