Prezidentin xüsusi nümayəndəsi Şuşada keçirilən beynəlxalq forumun əhəmiyyətindən DANIŞDI

Prezidentin xüsusi nümayəndəsi Şuşada keçirilən beynəlxalq forumun əhəmiyyətindən DANIŞDI

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi Şuşada keçirilən beynəlxalq forumun əhəmiyyətindən DANIŞDI

71875

“Şuşa Qarabağda vacib beynəlxalq tədbirlərə ev sahibliyi edən önəmli bir məkana çevrilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

O, forumun regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, regionun inkişafına xüsusi töhfə olduğunu vurğulayıb.

“Sizi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qarşılamaqdan fəxr duyuram. Bizim üçün bu cür vacib tədbirə ev sahibliyi etmək fəxrdir. 

Ötən bir il ərzində Şuşa Qarabağda vacib beynəlxalq tədbirlərə ev sahibliyi edən önəmli bir məkana çevrilib. 

Bu tədbir də deyə bilərəm ki, regionun gələcək inkişafına, uzun müddətli sülhə xüsusi töhfədir”, - deyə Aydın Kərimov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO