Prezidentdən Minsk Qrupu ilə bağlı maraqlı SİTAT:

Prezidentdən Minsk Qrupu ilə bağlı maraqlı SİTAT: "Yubiley də keçirə bilmədilər" - VİDEO

Hazırda oxunan: Prezidentdən Minsk Qrupu ilə bağlı maraqlı SİTAT: "Yubiley də keçirə bilmədilər" - VİDEO

70911

"Vasitəçilərə gəldikdə deyə bilərəm ki, əfsuslar olsun ki, bu gün hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, bu, əbəsdir və bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub", - dövlət başçısı bildirib.

Prezident fikirlərinin davamında deyib:

"1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmayıb. Sadəcə olaraq biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. 

2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdı. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdu.

Demək olar ki, bir il ərzində aparılan fəal danışıqlar bu fikri daha da gücləndirirdi. Ancaq 2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. "Qarabağ Ermənistandır və nöqtə" deməklə danışıqlar prosesinə son qoyuldu.

Bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk Qrupu, demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür.
Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq. Faktiki olaraq Minsk Qrupu ondan sonra hər hansı bir, hətta görüntü naminə fəaliyyət göstərə bilmədi.

Bir neçə ay əvvəl, Rusiya - Ukrayna müharibəsindən əvvəl məndən soruşmuşdular ki, "Minsk qrupu nə ilə məşğul olacaq?". Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirdəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya - Ukrayna müharibəsi başlayandan sonra bunlarda heç yubiley keçirtməyə fürsət olmadı".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO