“Azərbaycan dünya miqyasında birinci yerdədir” - Prezident

“Azərbaycan dünya miqyasında birinci yerdədir” - Prezident

Hazırda oxunan: “Azərbaycan dünya miqyasında birinci yerdədir” - Prezident

7085

“Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir”

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa təbrikində deyib.

 

MÖVZU İLƏ BAĞLI:

"2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq" - Prezident





Müharibədən sonrakı quruculuq işlərinə də toxunan cənab prezident, Azərbaycanı yeni inkişaf və quruculuq dövrünün gözlədiyini bildirib.

“Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq”

“Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”, deyə qeyd edən prezident İlham Əliyev öz təbrik çıxışını qələbəyə aparan şüarla bitirib:

“Qarabağ Azərbaycandır!”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO