Sabir Rüstəmxanlı: “2020-ci ili mənfi ilə müsbət arasında yaşadıq”

Sabir Rüstəmxanlı: “2020-ci ili mənfi ilə müsbət arasında yaşadıq”

Hazırda oxunan: Sabir Rüstəmxanlı: “2020-ci ili mənfi ilə müsbət arasında yaşadıq”

6970

“2020-ci ildə bir tərəfdən bütün dünyanı fəlakətə sürükləyən pandemiya, ikinci tərəfdən də Azərbaycan xalqını, ordusunu qələbəyə aparan Ali Baş Komandan, onun iradəsi, apardığı müharibə və sonda qazanılan zəfər”.

Bunu millət vəkili Sabir Rüstəmxanlı Bizim.Media-ya açıqlamasında söylədi.

Ardınca o qeyd etdi ki, “dünya tənəzzülə gedən bir vaxtda Azərbaycan xəstəliklə vuruşa-vuruşa ikinci cəbhədə də döyüşdü.

Ermənilərin yeni torpaq iddialarına cavab olaraq aparılan müharibə bütün parametrlərdə Azərbaycanın Ermənistan da daha yüksək və haqlı, ədalətli olduğunu göstərdi. Bu bizim üçün 2020-ci ilin ən yaddaqalan hadisəsi idi”.

Türkiyənin ədəbiyyat fondu tərəfindən bu il “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülən Sabir Rüstəmxanlı 44 günlük savaşda qələbə ilə prezidentin xalqın sonsuz sevgisinə layiq olduğunu da dilə gətirdi.

Əlavə etdi ki, 28 il bundan əvvəl siyasi leksikonumuza daxil olan “həmrəylik” sözünü bu il siyasi partiyalar nümayiş etdirdi.

2021-ci il gözləntilərindən söz açan Sabir Rüstəmxanlı qələbə ovqatının insanların həyatındakı qayğılarına həllinə yönəldilməsini vacib bildi:

“Azərbaycan üçün yeni bir dövr başlasın. Bu dövrün əsas əlaməti isə, bir ordumuz var və o qələbə qazandı. İkinci ordu da ölkənin dövlət strukturlarıdır ki, mədəniyyətimizdir ki, bunların inkişafına çalışmalıyıq. Dövlət idarələri xalqın qayğısına qalmalı və onlar da bu səmimiliyi nümunə göstərməlidirlər”.

Millət vəkilinin fikrincə, son dövrlərdə aparılan islahatlar insanlarda bir rahatlıq, xalqın ürəyində inam yaradıb ki, hər şey yaxşılığa doğrudur.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO