Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, Türkiyən bir neçə nüfuzlu xəbər agentliyi Prezident İlham Əliyevin müşavirədəki çıxışından geniş hissələri videomaterial olaraq yayımlayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: "Biz heç vaxt erməni vəhşiliyini unutmamalıyıq"
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla normallaşma prosesinə dair mühüm mesajlarına diqqətlə yanaşan “CNN Türk” telekanalı, “Yeni akıt”, “Hurriyet”, “Star” qəzetləri və sair media quruluşları dövlətimizin başçısının çıxışındakı fikir və mülahizələri geniş ictimaiyyətə təqdim edib.
Diqqətə çatdırılıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın sülh təkliflərinə cavab verib.
Prezident İlham Əliyev müşavirədə bildirib ki, bölgədə sülhə meyilliliyin təməlində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə dayanır. Azərbaycan bundan sonra da güclənməkdə davam edib regional liderliyini qoruyacaqdır.
Bizim.Media