“UNESCO riyakarlıqla məşğuldur” – Emin Millidən sərt ittiham

“UNESCO riyakarlıqla məşğuldur” – Emin Millidən sərt ittiham

Hazırda oxunan: “UNESCO riyakarlıqla məşğuldur” – Emin Millidən sərt ittiham

6728

“Uzun illərdir ki, Azərbaycan YUNESKO-dan rəsmi olaraq, 927 kitabxana, 60 məscid, yüzlərlə tarixi abidə, saray və muzeylərin dağıdılan və Ermənistanın işğal etdikləri ərazilərə araşdırma missiyası göndərilməsini xahiş etmişdir. Biz bu faktları ərazilər azad edildikdən sonra hamımız öyrəndik. YUNESKO illərdir ki, Azərbaycanın bütün bu təkrarlanan rəsmi müraciətlərinə məhəl qoymurdu”.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyada yaşayan insan haqları müdafiəçisi Emin Milli “Facebook” səhifəsində yazıb. 


MÖVZU İLƏ BAĞLI:

Emin Milli: “Bu münaqişənin beynəlmiləlləşməsinin qarşısını almalıyıq” 


E. Milli 2 il bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin yenidən YUNESKO-ya bu barədə müraciət etdiyini, lakin dövlətin məktubuna rəsmi olaraq, YUNESKO-nun humanitar qurum olduğu cavabı verildiyini bildirib.

''2018-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin YUNESKO-ya daha bir müraciətinə qurumun baş direktoru Odri Azuley cavabında YUNESKO-nun humanitar bir təşkilat olduğunu və siyasi işlərə qarışmaq istəmədiyini bildirib. Bu barədə Hikmət Hacıyev (Prezident Əliyevin Xarici Siyasət üzrə məsləhətçisi) bildirib''.

''Nazirliyin arxivində bu rəsmi görüş barədə protokol sənədləşdirilib. Bəs hazırda YUNESKO-nun siyasətində nə dəyişib? İndi qurum Azərbaycandan erməni kilsə və muzeylərində vəziyyəti yoxlamaq üçün  bir missiya göndərmək üçün icazə istəyib'', - deyə o, yazısında qeyd edib.

Daha sonra insan haqları müdafiəçisi qurumun bu hərəkətini ikiüzlülük və ayrıseçkilik adlandırıb. O, quruma təklif də irəli sürüb.

“Bu riyakarlıq, dinə, milliyətə və etnik mənşəyə görə ayrıseçkilik səviyyəsidir. Bunun başqa bir izahatı yoxdur. Bu açıq-aşkar göz önündədir, nə ayıb! YUNESKO-ya öz siyasətinə riayət etməsini və siyasi işlərə qarışmamasını təklif edirəm”. 

E. Milli postunda Ağdamın işğaldan azad olunduqdan sonra dağıdılmış abidələrini misal gətirərək, YUNESKO-nun bu faktlarla 30 ildir maraqlanmadığını vurğulayıb.  

“Onlar açıq şəkildə Azərbaycanın mədəni irsi ilə deyil, yalnız xristian və erməni mədəni irsi ilə maraqlandığını elan etməlidirlər. Deməli qurum Erməni irsini qorumaq üçün siyasətə müdaxilə etməyə hazırdır. Deməliyəm ki, burada ikiüzlülük həddən artıq çoxdur. Rza Deqatinin 30 illik erməni işğalından sonra azad edilmiş Ağdam şəhərində çəkdiyi fotolar. Bir daş, daş üstündə qalmayıb. YUNESKO 30 ildir ki, buraya bu faktları araşdırmaq üçün missiya göndərmək istəmirdi”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO