İlham Əliyev Türkiyədə Ərdoğanla nəyi müzakirə edib? – Üç vacib MƏSƏLƏ

İlham Əliyev Türkiyədə Ərdoğanla nəyi müzakirə edib? – Üç vacib MƏSƏLƏ

Hazırda oxunan: İlham Əliyev Türkiyədə Ərdoğanla nəyi müzakirə edib? – Üç vacib MƏSƏLƏ

64218

Martın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 4 saatdan artıq davam edən görüş baş tutub.

Əvvəla onu qeyd edək ki, liderlərin görüşü dünyada və regionda baş verən mürəkkəb geostrateji proseslər fonunda baş tutub. Görüşün 4 saatdan artıq davam etməsi iki qardaş ölkənin regional və beynəlxalq arenada oynayacaqları rolların koordinasiya edilməsi ilə bağlı əhatəli müzakirələrin getdiyini proqnozlaşdırmağa imkan verir.

Əvvəlcədən ictimaiyyətə açıqlandığı kimi görüşün gündəliyində 3 məsələ öz əksini tapıb:

1. Ermənistanla münasibətlərin normallaşması.

Görüşün ilk müzakirə predmeti kimi təqdim olunan Ermənistanla münasibətlərin normallaşması məsələsi 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan və Türkiyə sxarici siyasətində əsas prioritetlərdən birini təşkil edir. Müzakirələr zamanı Şuşa Bəyannaməsinin əhəmiyyəti, Zəngəzur dəhlizinin açılması və koridorun davamı olaraq Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi məsələsi də müzakirə predmeti olub.

Xatırladaq ki, Ermənistan tərəfi ilə Zəngəzurdan keçən dəmir yolu xəttinin çəkilməsi artıq razılaşdırılıb və işlər tam sürətlə davam edir. Xəttin davamı olaraq Qars-Naxçıvan xəttinin salınmasının isə dəhlizin əhəmiyyətini və çıxış imkanlarını daha da genişləndirəcəyi gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Ankarada Azərbaycan və Türkiyə prezidentləri görüşdü - YENİLƏNİB/FOTO


Asiyanı Avropa ilə birləşdirəcək ən perspektivli marşrutun önəmli həlqəsi olan Zəngəzur dəhlizinin açılması, bütün regionun, xüsusilə də Ermənistanın inkişafına və Azərbaycanla Türkiyəyə inteqrasiyasına imkan verəcək. Nəticədə, normallaşma prosesində ciddi nəticələrin əldə edilməsi daha da asanlaşacaq.

Türkiyə liderinin üçtərəfli bəyanatların icrasının vacibliyi mesajı isə əksər analitiklər tərəfindən Türkiyənin regionda rolunun artması istiqamətində mühüm ismarış kimi qiymətləndirilib.

2. Rusiya-Ukrayna böhranı.

Bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna böhranı ətrafında gedən müzakirələr zamanı Rəcəb Tayyib Ərdoğanın müharibənin dayandırılması istiqamətindəki rolu yüksək qiymətləndirilib. Məlum olduğu kimi rəsmi Bakı və Ankara məsələnin sülh yolu ilə həllinin vacibliyini dəfələrlə açıq şəkildə vurğulayıblar. Təsadüfi deyil ki, davam edən Antalya forumu çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun münaqişə tərəflərinin XİN başçıları ilə görüş təşkil etməsi rəsmi Ankaranın regionda rolunun nə qədər böyük olduğunu bir daha təsdiqləyib.

Eyni zamanda bütün dünyanı seçim qarşısında qoyan Ukrayna böhranı fonunda Azərbaycan və Türkiyənin münaqişə ilə bağlı mövqelərini koordinasiya etməsi hər iki region ölkəsinin davam edən proseslərdən minimum zərərlə çıxamsı baxımından da vacibdir.

3. Enerji sahəsində əməkdaşlıq.

Üçüncü müzakirə mövzusu olan enerji sahəsindəki əməkdaşlıq Rusiya-Ukrayna münaqişəsi fonunda dünya bazarlarında yaranan enerji böhranı fonunda diqqətdən kənarda qala bilməzdi. Hələ müharibənin aktiv fazası start götürmədən öncə Azərbaycanın enerji potensialı Avropa rəsmiləri tərəfindən alternativ mənbə kimi gündəmə gətirilirdi. İndiki situasiyada Azərbaycanın enerji mənbələrinin önəmi daha da artıb.

Tərəflər arasında enerji tərəfdaşlığının genişləndirilməsi isə, böhran şəraitində enerji istehsalçısı olan Azərbaycanın və tranzit rolunu oynayan Türkiyənin bu istiqamətdə inkişaf perspektivləri baxımından mühüm addım kimi qiymətləndirilə bilər.


Ümumilikdə isə, Ukrayna böhranı və Qarabağdakı erməni separatçılarının təxribatlarının artması fonunda təşkil olunan görüşün müsbət nəticələrinə yaxın zamanda şahid ola biləcəyimiz əksər siyasi şərhçilərin ortaq qənaətidir.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO