Azərbaycanla Türkiyə arasında daha bir sənəd Milli Məclisdə təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Türkiyə arasında YENİ MÜQAVİLƏ - DETALLAR
İclasda sənədin iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.
Sənəd Tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul olunub.
Bizim.Media