Ceyhun Bayramov Omanın qeyri-rezident səfirini QƏBUL ETDİ - FOTO

Ceyhun Bayramov Omanın qeyri-rezident səfirini QƏBUL ETDİ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Omanın qeyri-rezident səfirini QƏBUL ETDİ - FOTO

600779

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan–Oman münasibətlərinin cari vəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında siyasi dialoq, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki artan gərginlik və hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb. Oman vətəndaşlarının Azərbaycan ərazisindən istifadə etməklə təxliyəsi, Azərbaycan vətəndaşlarının isə Oman ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə qarşılıqlı dəstək ifadə olunub.


Hər iki tərəf münasibətlərin daha da inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, yüksək və ali səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO