“Mənə İranda ölkə üzrə etiraz aksiyalarının yatırılması zamanı baş verən edamların səngidiyi barədə məlumat verilib və hazırda kütləvi edamlarla bağlı planın olmadığına inanıram”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlər qətllərin dayandırılması barədə məlumatı kimdən aldığını soruşduqda, Tramp “qarşı tərəfdən çox vacib mənbələr” cavabını verib.
Prezident ABŞ-ın mümkün hərbi addımlarını istisna etməyərək bildirib ki, Vaşinqton prosesin necə inkişaf edəcəyini izləyəcək.
O, eyni zamanda ABŞ administrasiyasının İrandan “çox yaxşı bir bəyanat” aldığını da qeyd edib.
Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb və o vaxtdan bəri ölkənin ən azı 46 şəhərini bürüyüb. Mövcud məlumatlara görə, uşaqlar da daxil olmaqla, yüzlərlə insan həlak olub, çox sayda insan yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
08:33 / 15.01.2026
Tramp: “İranda edamlar dayandırılıb” – VİDEO
Hazırda oxunan: Tramp: “İranda edamlar dayandırılıb” – VİDEO
Hazırda oxunan: Tramp: “İranda edamlar dayandırılıb” – VİDEO
590838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































