Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildiriblər.
Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.
Bizim.Media



























































































