Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu bu ölkənin Prezidenti Tamas Sulyok qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi üzrə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunan irəliləyişi dəyərləndirmək üçün əhəmiyyətli bir platforma yaradıb.
Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilə kimi əsas sahələr üzrə strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.
Regiondakı post-münaqişə reallıqları, Ermənistan ilə normallaşma prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinə də toxunulub.
Tərəflər regional və çoxtərəfli çərçivələrdə genişlənən əməkdaşlığı vurğulayaraq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ortaq öhdəliyi qeyd ediblər.



Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:47 / 11.12.2025
Ceyhun Bayramov Macarıstan Prezidenti ilə GÖRÜŞDÜ – Hansı məsələlər müzakirə olundu? – FOTO
Hazırda oxunan: Ceyhun Bayramov Macarıstan Prezidenti ilə GÖRÜŞDÜ – Hansı məsələlər müzakirə olundu? – FOTO
Hazırda oxunan: Ceyhun Bayramov Macarıstan Prezidenti ilə GÖRÜŞDÜ – Hansı məsələlər müzakirə olundu? – FOTO
585018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































