Prezident İlham Əliyevlə Slovakiya Baş naziri Robert Fitsonun görüşü zamanı Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda "Qurban olum Azərbaycan" mahnısı ifa edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Robert Fitsonun ev sahibliyi etdiyi qəbulda hərbi orkestr Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda "Qurban olum Azərbaycan" mahnısını böyük peşəkarlıqla ifa edir", -deyə paylaşımda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:26 / 09.12.2025
İlham Əliyevlə Robert Fitsonun görüşündə "Qurban olum Azərbaycan" mahnısı İFA EDİLDİ – VİDEO
Hazırda oxunan: İlham Əliyevlə Robert Fitsonun görüşündə "Qurban olum Azərbaycan" mahnısı İFA EDİLDİ – VİDEO
Hazırda oxunan: İlham Əliyevlə Robert Fitsonun görüşündə "Qurban olum Azərbaycan" mahnısı İFA EDİLDİ – VİDEO
584657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































