Ağ Evdən SENSASİON ADDIM – Dünyanın siyasi xəritəsi kökündən DƏYİŞİR...

Ağ Evdən SENSASİON ADDIM – Dünyanın siyasi xəritəsi kökündən DƏYİŞİR...

Hazırda oxunan: Ağ Evdən SENSASİON ADDIM – Dünyanın siyasi xəritəsi kökündən DƏYİŞİR...

584467

Xəbər verdiyimiz kimi, dekabrın 5-də  Ağ Ev ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını yayıb.

33 səhifəlik sənəddə ABŞ-nin milli təhlükəsizliyinin əsas elementi kimi ölkənin xarici sərhədlərinin qorunması göstərilir.

Vaşinqton Qərb yarımkürəsində öz maraqlarını prioritet hesab edir və bölgədəki ölkələrlə münasibətlərin gələcəyinin onların “xarici təsirlərə – xüsusilə Çinə müqavimət göstərə bilmə qabiliyyətindən” asılı olacağı bildirilir.

Yeni yanaşmaya əsasən ABŞ yalnız öz maraqlarına toxunan məsələlərə müdaxilə edəcək. ABŞ artıq heç bir ölkəyə demokratiya ilə bağlı öz standartlarını tətbiq etməyi hədəfləməyəcək.

Çinlə bağlı əsas vurğu daha ədalətli ticarət əlaqələrinin qurulmasını özündə ehtiva edir. Tramp administrasiyası Tayvan məsələsində də status-kvonun dəyişdirilməsinə qarşı olduğunu açıqlayır.

Sənəddə göstərilir ki, ABŞ üçün vacib maraqlardan biri Ukraynada atəşkəsə nail olmaq və Rusiya ilə Avropa ölkələri arasında hərbi qarşıdurma riskini azaltmaqdır.

Sənəddə bir sıra Aİ ölkələrinin hökumətləri ittiham olunur. İddia edilir ki, kütləvi miqrasiya səbəbindən bir sıra Aİ və NATO ölkələri “identikliyini itirib qeyri-avropalaşa bilər”. Bu isə yeni doktrinaya görə Aİ-nin ABŞ ilə gələcək münasibətlərini sual altına qoyacaq.

NATO-ya dair hissədə isə qyed olunur ki, alyansa “daimi genişlənən bir qurum kimi baxılmamalıdır”.

Görəsən, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasının həyata keçməsi fonunda dünyanı nələr gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, ABŞ-ın yeni mili təhlükəsizlik strategiyasına “Monro doktrinası”nın davamı kimi baxılmalıdır:

“Yeni strategiya 7 maddədən ibarətdir. Donald Trampın həm seçkiqbağı kampaniya, həm də sonrakı dövrdə əsas şüarı - “öncə Amerika” ideyası bu strategiyada əsas olaraq götürülüb. Yəni ona əsasən Amerikanın maraqları hər şeydən üstündür.

Əsas diqqət Qərb yarımkürəsi və Sakit Okean bölgəsinə yönəlib. Trampın bu doktrinasında Avropa və Orta Şərqə diqqət isə bir qədər azaldılıb. Burada xaricdən gələn qanunsuz miqrantlara qarşı mübarizənin davam etdirilməsi zərurəti göstərilib və bu mübarizə narkotikə qarşı mübarizəyə bərabər tutulub. Qanunsuz miqrantlara qarşı mübarizənin ölkə əhalisinin sağlamlığı üçün mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Doktrinada bildirilir ki, qanunsuz miqrantlara qarşı mübarizədə amerikalıların mənəvi və mədəni sağlamlığı təhlükəsizlik məsələsidir”.  

Ekspert qeyd edir ki, Tramp doktrinasında Avropa xüsusi olaraq tənqid olunur:

“Burada Ukrayna məsələsi də yer alıb. Avropanın öz təhlükəsizliyinə diqqət yetirməməsi xüsusi qeyd olunur. Yəni Ukraynanın mövcud vəziyyətə düşməsində dolayı olaraq Avropanın günahkar olması öz əksini tapıb. Çinlə münasibətlərdə, Pekinin Tayvanla münasibətlərində Vaşinqtonun bundan sonra da sülhü əsas götürəcəyi qeyd edilib”.

NATO daha da zəifləyəcək.
 

A.Səmədov düşünür ki, Trampın bu strategiyası beynəlxalq münasibətlərdə güc amilinin rolunun bir qədər də artmasına gətirib çıxaracaq:


“NATO bir qədər də zəifləyəcək. Avropa ilə ABŞ arasında soyuqluq daha da artacaq. Dünyanın qeyri-rəsmi şəkildə təsir zonalarına bölünməsi bir qədər də aydınlaşacaq. Tramp Rusiyanın ətraf bölgədə hakim olmasına maneə olmamağa çalışacaq. Nəticədə Putinin əl-qolu bir az da açılacaq. Ukrayna qurban veriləcək, sülhə məcbur ediləcək. Bir sözlə, dünyada gərginlik ocaqları artacaq. Güclülər beynəlxalq qanunları nəzərə almadan öz maraqlarının təmin olunmasına cəhdlər göstərəcəklər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO