Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı - YEKUN QƏRAR

Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı - YEKUN QƏRAR

Hazırda oxunan: Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı - YEKUN QƏRAR

583261

ATƏT noyabrın 30-u Bakı vaxtı ilə 23:59-da Minsk prosesinin və ona bağlı bütün strukturların fəaliyyətini rəsmən dayandırdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

Qurum bildirir ki, prosesi bağlamaq üçün tələb olunan bütün inzibati prosedurlar yekunlaşıb.

Bununla da ATƏT-in 1 sentyabr 2025-də qəbul etdiyi MC.DEC/1/25 saylı qərar tam icra olunub. Həmin qərar Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə ünvanladığı Birgə Müraciət əsasında qəbul edilmişdi.
 

ATƏT xatırladıb ki, bu addım 8 avqust 2025-də Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Tarixi Birgə Bəyannamənin məntiqi davamıdır. Bəyannamə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə təsdiqlənmişdi və iki ölkə arasında yeni siyasi reallığın formalaşmasına gətirmişdi.


Minsk prosesinin bağlanması ilə ATƏT-də Qarabağ münaqişəsi üzrə ayrıca mexanizmə ehtiyac rəsmi şəkildə aradan qalxmış sayılır. Qurum öz açıqlamasında həm Azərbaycan, həm də Ermənistan tərəfindən konsensusla verilən qərarı regionda sülh prosesinin yeni mərhələsinə keçid kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO