Azərbaycanla Ermənistan arasında nə vaxt sülh olacaq? - Rusiyalı analitikdən AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında nə vaxt sülh olacaq? - Rusiyalı analitikdən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında nə vaxt sülh olacaq? - Rusiyalı analitikdən AÇIQLAMA

57903

“Təəssüf ki, bu gün normallaşmadan söhbət getmir. Hər iki tərəf nizamlamanın və dinc yanaşı yaşamağın vacibliyindən danışır, amma reallıqda biz yanvarın ortalarında ölkələr arasında sərhəddə növbəti atışmanın baş verdiyini gördük”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Siyasi İnformasiya Mərkəzinin aparıcı rusiyalı analitiki İvan Pyatibratov caliber.az saytına müsahibəsi zamanı “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı proqnozunuz necədir?” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, hadisədən sonra tərəflər sadəcə olaraq, qarşılıqlı ittihamlar səsləndirdilər:

“Aydındır ki, belə şəraitdə ölkələr arasında sülhdən söhbət gedə bilməz. Ona görə də zamanla bağlı danışmaq son dərəcə çətindir. Görünən odur ki, həm Azərbaycan, həm də Ermənistan üçün məhsuldar təmas yaratmaq prosesi ağrılıdır”.

O, “10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatı Ermənistanı sərhədin demarkasiyası və delimitasiyasına başlamağa məcbur edir. Bu proses necə gedəcək?” sualını isə analitik belə cavablandırıb:

“Hesab edirəm ki, sərhədlərin demarkasiyası nə vaxt baş tutacaq, ritorik sualdır, çünki atışmalar davam edir. Bəyanatlar səviyyəsində hər iki tərəf prosesə hazırdır.
Amma Azərbaycanla Ermənistan arasında artıq qeyd etdiyim münasibətlərin kəskinləşməsi səbəbindən proses ləngiyə bilər. Hələ başlamayıb. Mən görürəm ki, bu proses üçüncü tərəflər olmadan başlamayacaq, Rusiya və Türkiyə bunda mütləq iştirak edəcək. Amma başa düşmək lazımdır ki, Azərbaycan və Ermənistan rəhbərliyinin iradəsi olmasa, heç bir müstəqil tərəf məsələnin həllinə töhfə verə bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO