Türkiyə-Ermənistan sərhədləri bu il açıla bilər – Tofiq Abbasovdan AÇIQLAMA

Türkiyə-Ermənistan sərhədləri bu il açıla bilər – Tofiq Abbasovdan AÇIQLAMA

Hazırda oxunan: Türkiyə-Ermənistan sərhədləri bu il açıla bilər – Tofiq Abbasovdan AÇIQLAMA

57117

Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 24-də erməni mətbuatına verdiyi açıqlamasında Türkiyə ilə normallaşma prosesi haqqında açıqlamaları ilə yadda qalıb.

Belə ki, Paşinyan “Mart ayında Antalya diplomatik forumuna dəvətə, böyük ehtimalla müsbət cavab veriləcək. Təbii ki, bu o zamana qədər baş verən proseslərdən asılı olacaq. Eyni zamanda 2022-ci ildə Türkiyə ilə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması da gözləniləndir. Lakin bu, yalnız bizdən asılı deyil”, - deyə qeyd edib.

Ermənistan Baş nazirinin bu açıqlamalarını Bizim.Media üçün şərh edən politoloq Tofiq Abbasov sözügedən məsələlərin reallaşması ehtimallarını dəyərləndirib:

“Paşinyan qeyd olunan fikirləri səsləndiribsə, ola bilsin ki, bu reallaşsın. Çünki bu, Ermənistana lazımdır və Türkiyə üçün o qədər də böyük strateji əhəmiyyət kəsb edən məsələ deyil. Eləcə də Azərbaycana. Çünki Ermənistan faktiki olaraq mövcud olsa belə, özgə kimi çıxış edir. Yəni regionda yerləşsən belə, baş verən proseslərdə heç bir iştirakın olmaya, sənə heç kim imkan verməyə. Çünki sən uzun illər terrorçuluq ideologiyasına sığınmısan, sən qarşıdurma meyillərini gücləndirmisən”.

Tofiq Abbasov Türkiyə ilə normallaşma prosesinin yekunlaşmasının ilk növbədə Ermənistanın lehinə olduğunu diqqətə çatdıraraq, rəsmi İrəvanın atmalı olduğu addımları da sadalayıb: 

“Bu proses Ermənistanın xeyrinədir. Gərək ki, rəsmi İrəvan Türkiyə və Azərbaycan istiqamətində addımlar atsın. Çünki biz onlardan küsməmişdik, onlar hamı ilə küskün idilər.
Onlar hamıya təhdid törədirdilər, hamını borclu çıxarırdılar. İndi gərək onlar elə addımlar atsınlar ki, Azərbaycan, Türkiyə və digər ölkələri köhnə siyasətlə əlaqəli olmadıqlarına inandırsınlar. İnandırsınlar ki, həmin siyasətin səhifəsini çevirirlər və yeni bir səhifə açırlar. Onu da konkret ümidverici məzmunla doldurmaq mümkün olsun”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO