Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı

Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı

Hazırda oxunan: Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı

5705

“Rusiya ABŞ-ın düşmənləri sırasındadır, Vladimir Putin isə müstəqilliyi sevən bütün amerikalıları təhdid edir”.

Bizim.Media xəbər verir ki, RBK-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Mark Levinin radioverilişində çıxışı zamanı deyib.

“Məndən daim soruşurlar, bizim düşmənimiz kimdir? Cavab isə belə olur: Həyatımıza, dövlətimizə, demokratiyamızın təməl prinsiplərinə müdaxilə etmək istəyən insanlar çoxdur. Rusiya isə, şübhəsiz, bu siyahıdadır”,- deyə Pompeo  qeyd edib.

O, Putini azadlığı sevən hər kəs üçün real risk adlandırıb.

Qeyd edək ki, Mayk Pompeonun müsahibəsi ABŞ-ın hökumət saytında da dərc edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO