Zaxarova: “Putin İlham Əliyevin Kiyevə son səfərini onunla ətraflı müzakirə edib”

Zaxarova: “Putin İlham Əliyevin Kiyevə son səfərini onunla ətraflı müzakirə edib”

Hazırda oxunan: Zaxarova: “Putin İlham Əliyevin Kiyevə son səfərini onunla ətraflı müzakirə edib”

56380

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə son səfərini onunla telefon danışığında ətraflı müzakirə edib.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Xatırladaq ki, Azərbaycan lideri İlham Əliyev Ukraynaya səfər edib və burada digər məsələlərlə yanaşı, Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışıqlar aparıb.

“Azərbaycan Prezidentinin yanvarın 14-də Kiyevə səfəri mövzusu Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı zamanı ətraflı müzakirə olunub. Bu, Azərbaycan tərəfinin təşəbbüsü ilə yanvarın 18-də baş tutub”, - deyə diplomat bildirib. 

“İlham Əliyev Zelenski ilə GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) arasında nəqliyyat dəhlizinin yaradılması imkanlarını müzakirə edibmi?” sualını cavablandıran Zaxarova izah edib ki, ikitərəfli münasibətlərin qurulması hər bir dövlətin suveren hüququdur: 

"Bu əlaqələr və təmaslar üçüncü ölkələrə qarşı yönəlməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO