Rusiya və Ukrayna qarşıdurmasında GERİ ADDIMI kim atacaq? - “Hər iki tərəf sürətlə silahlanır”

Rusiya və Ukrayna qarşıdurmasında GERİ ADDIMI kim atacaq? - “Hər iki tərəf sürətlə silahlanır”

Hazırda oxunan: Rusiya və Ukrayna qarşıdurmasında GERİ ADDIMI kim atacaq? - “Hər iki tərəf sürətlə silahlanır”

56132

Kanada xüsusi təyinatlılarının ardınca, Britaniya silahları da Ukraynaya daşınmağa başlanılıb. Rus ordusu da sərhəddə hazır vəziyyətdə gözləyir. Yaranan gərgin mənzərə Qara dəniz sahilində qaynarlaşan nöqtədə hansı tərəfin ilk geri addım atacağı sualını aktuallaşdırır.

Rusiya, yoxsa Ukrayna?

“Mərcə bənzəyən bir sualdır. Buna dəqiq cavab vermək çətindir. Burada əsas məsələ kimin geri addım atacağı yox, kimin hansı şərtlərlə geri çəkiləcəyidir”, - deyə şərhinə başlayan İlqar Vəlizadə əlavə edib ki, bu vəziyyətdə geriyə addım atan tərəf də geri çəkilməyinin geriyə çəkilmək kimi görünməməyinə çalışacaq.

Bizim.Media ilə özəl söhbət zamanı politoloq Ukrayna problemi ilə bağlı çətin düsturun formalaşdığını xatırladıb və bunun həllinin necə olacağı hələki müəmmadır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Putin arasında TELEFON DANIŞIĞI - Ukrayna məsələsi müzakirə edildi


Çətin bir dilemmadır:

Tərəflər müharibə istəmirsə, geriyə addım lazımdır.

Sadəcə, Ukrayna, yaxud Rusiya geriyə addım atsa belə, buna arxaya çəkilmək adı verilməyəcək.

Tərəflərin hər ikisi eyni anda geri addım ata bilər. Çünki bu, Kiyevlə Moskvaya məğlubiyyət kimi görünməyəcək.

- Sizcə, Ukraynanın həmin zonasına muxtariyyət tipli bir status verilə bilərmi?

“Bunu istisna etmək olmaz. Almaniya ilə Fransa da muxtariyyət və ya buna bənzər status təklif edirlər. ABŞ da bu fikirlə razılaşsa, (indiyədək razılaşmayıblar) ideya ərsəyə gələr. Amma Ukrayna öz suverenliyini bərpa etmək istəyir. Moskvanın nüfuzu olan muxtariyyət Kiyev üçün qəbul olunmazdır. 

Təkcə Donbass yox, Krım məsələləri də gündəmə gələ bilər.
 

Ukrayna bu gərginlikdən istifadə edərək mövzunu bir qədər genişləndirməyə çalışır. Krım mövzusunun əlavə olunması isə məsələni mürəkkəbləşdirir. Bir neçə mərhələli formaya salmaq cəhdləridir.


Tutaq ki, Donbass məsələsi və sərhəddəki gərginlik çözüldü, ardınca Krıma keçid eləmək lazımdır. Burda da problemlər var deyə, düşünürəm ki, söhbət eskalasiyaların dayandırılmasından gedir. Yəni, geriyə addım olmasa da, heç olmasa, dayanmaq lazımdır.

Çünki hər iki tərəf sürətlə silahlanır, sərhədə yeni texnikalar cəlb olunur. Hazırkı gündəm bundan ibarətdir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO