Putin mətbuat kofransında nələrə toxundu? –  Ətraflı

Putin mətbuat kofransında nələrə toxundu? –  Ətraflı

Hazırda oxunan: Putin mətbuat kofransında nələrə toxundu? –  Ətraflı

5529

Rusiya Donbasa yardımları artıracaq. Rusiya-Ukrayna münasibətlərinin gələcəyi daha çox Kiyevdən asılıdır.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu  Rusiya Federasiyanın prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında deyib.

Pandemiya ilə bağlı sualı cavablandıran Putin heç bir ölkənin koronavirusa hazır olmadığını bildiri və qeyd edib ki, COVİD-19-un Çində başlaması və virusla oradakı mübarizə Rusiyaya qabaqlayıcı tədbirlər üçün vaxt udmağa şərait yaradıb.

Vaksinləşmədən danışan Rusiya lideri peyvəndləşmənin hamı arasında aparılmasının əhəmiyyətli olduğunu deyib.

“Rusiya ilə Ukrayna əlaqələrinin hansı perspektivləri var” sualına Putin, bunun daha çox Kiyev hökumətindən asılı olduğunu bildirib. Həmçinin Putin Ukrayna rəhbərliyini “siyasi kişiliyin” çatışmazlığında günahlandırıb.

Əlavə edib ki, Zelenski hakimiyyətə gələndə əvvəlcə xalqa arxalandı, sonra isə milli güclərə tərəf baxmağa başladı. Tanınmayan Donbas Respublikasına da dəstəyin artacağını deyən Putin, bu köməyin əsasən sosial və infrastruktur məsələlərindən ibarət olacağını bildirib.

Sərhədlərin açılmasına münasibət bildirən Rusiya prezidenti deyib ki, “həkimlər icazə verən kimi sərhədləri açacayıq”.

Putin sərhədlərin bağlanmasını həm də ölkədaxili turizmin inkişafına faydalı olduğunu əlavə edib.

“Sərhədlər açıq olanda il ərzində ölkədən kənarda 35 milyard rubl pul xərcləyirdik”,- deyə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO