"Ruhullah Zəm İranın kriminal mahiyyətini ifşa edirdi" - Pompeo

Hazırda oxunan: "Ruhullah Zəm İranın kriminal mahiyyətini ifşa edirdi" - Pompeo

5343

“Jurnalist Ruhullah Zəm İran rejiminin kriminal və korrupsiyalaşmış mahiyyətini ifşa etdiyinə görə edam edilib”.

Bizim.Media xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo özünün tvitter səhifəsində bildirib.

O, ABŞ- ın İran İslam Respublikası rejiminin xaricdə oğurlayıb ölkəyə apardığı jurnalist Ruhullah Zəmin ədalətsiz və vəhşicəsinə edam olunmasını kəskin pislədiyini bildirib:

“Ruhullah Zəm son 41il ərzində ölkəyə hakim edilən qorxu, dəhşət və terror hakimiyyəti vasitəsilə 860-dan çox jurnalisti qətlə yetirən və ya həbs edən İran rejiminin vəhşi və korrupsiyalaşmış mahiyyətini ifşa edirdi”.

Xatırladaq ki, Fransa da mühacirətdə yaşayan və İran rejiminə qarşı ifşaedici məlumatlar yayan Ruhullah Zəm 2019-cu ilin oktyabr ayının 14-də "Sepah"  təşkilatı tərəfindən İraqda həbs edilərək İrana aparılıb və 12 dekabr 2020-ci il tarixində edam edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO