Bakıda Arayiki dəstəkləyənlər kimlərdir? - İstiqlalçı deputatdan ŞOK AÇIQLAMA 

Bakıda Arayiki dəstəkləyənlər kimlərdir? - İstiqlalçı deputatdan ŞOK AÇIQLAMA 

Hazırda oxunan: Bakıda Arayiki dəstəkləyənlər kimlərdir? - İstiqlalçı deputatdan ŞOK AÇIQLAMA 

53044

“Azərbaycanda vayşüvənlər var ki, Arayikin davranışlarından istifadə edərək, hökumətə qarşı nifrətlərini yağdırırlar. Sanki, paralel olaraq, Azərbaycan hökumətinə qarşı həm daxildən, həm də Arayiki dəstəkləyən xarici qüvvələrdən təzyiq vasitəsi kimi istifadə olunur. Bu qüvvələr hər gün göz qabağındadır”. 

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində istiqlalçı deputat, politoloq Cümşüd Nuriyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə separatçılar erməniləri silahlandırır - Anti-terror əməliyyatları...


Belə ki, qondarma rejimin rəhbəri Arayik Arutyunyan özbaşınalıqları ilə bağlı fikirlərini bölüşən, eks millət vəkili xarici ölkə nümayəndələrinin asanlıqla Qarabağa səfər etmələrini sərt tənqid edib.

Cümşüd Nuriyevin fikrincə, Arayikin özbaşınalıqlarına qarşı daha ciddi tədbirlərin görülməsi vacibdir. Politoloq sözügedən məsələdə Milli Məclisi fəal olmağa çağırıb: 

“Bunu görməmək mümkünsüzdür. Ən azı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi mövcuddur. Niyə onlar bir dəfə bu məsələni qaldırmırlar? Sözügedən problem parlament səviyyəsində müzakirəyə çıxarılmalıdır. Qoy görsünlər ki, Azərbaycan parlamentində bu var. Problem Azərbaycan dövləti ilə bağlı olan bir məsələdir. Arayikin özbaşınlaqlarını müzakirəyə çıxardıqları üçün deputatlara heç bir tənqid olmayacaq. Əksinə, həmin qüvvələr sakitləşəcəklər. Əgər bunu görmürlərsə, bu komitə nəyə lazımdır?”

Bundan əlavə, Cümşüd Nuriyev Arayikin beynəlxalq axtarışa verilməsindən daha artığının edilməsinin vacibliyinə də toxunub:
 

“Doğrudur, Arayik başqa bir məsələyə görə beynəlxalq axtarışa verilib. Lakin onun, üçtərəfli bəyanatdan sonra etdiklərinə görə, Azərbaycan Prokurorluğu tərəfindən cinayət işi açılmalıdır.


Xüsusilə də, separatçılığa və yenidən qarşıdurma yaratmağa cəhd etdiyinə görə. İrəvan bunu edə bilməz, çünki Arutyunyan Ermənistan vətəndaşı deyil. Dağlıq Qarabağ adlı qurum da mövcud deyil və ora Azərbaycan ərazisidir. Bu səbəbdən Azərbaycanın Arayiklə bağlı daxili və beynəlxalq müstəvidə ciddi tədbirlər görməsi vacibdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO