“Azərbaycanı uğurla irəliyə aparan İlham Əliyevin dəmir iradəsidir” – Korotçenko

“Azərbaycanı uğurla irəliyə aparan İlham Əliyevin dəmir iradəsidir” – Korotçenko

Hazırda oxunan: “Azərbaycanı uğurla irəliyə aparan İlham Əliyevin dəmir iradəsidir” – Korotçenko

52429

“60 il siyasətçi üçün yalnız çiçəklənmə dövrüdür: çox işlər görülüb, lakin qarşıda hələ çox işlər görülməlidir. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev yubileyini Hadrut və Şuşaya işgüzar səfəri zamanı qeyd etdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb. 

O xatırladıb ki, məhz burada İkinci Qarabağ müharibəsi zamanı iki ən əlamətdar - həm strateji, həm də simvolik əhəmiyyətə malik olan hərbi əməliyyatlar baş verib:

“Onlar da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təsdiq edilib və uğurla həyata keçirilib”.

Hərbi ekspert qeyd edib ki, İlham Əliyev əsas missiyasını yerinə yetirib:

“Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və bizim müasirimiz kimi milli və dünya tarixinə əbədi olaraq daxil olub. Növbəti iddialı vəzifə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və Azərbaycanın dünya siyasətinin yüksək liqasına yüksəldilməsi olacaq”.

O vurğulayıb ki, İlham Əliyev Rusiyanın və rus xalqının böyük dostu, həmişə verdiyi vədləri yerinə yetirən siyasətçidir:

“Azərbaycan Rusiya Federasiyasının etibarlı strateji tərəfdaşıdır”.

Korotçenkonun fikrincə, İlham Əliyevin ağılı, strateji məqsədi və dəmir iradəsi Azərbaycanı uğurla irəliyə, yeni nailiyyətlərə, qələbələrə aparmağa imkan verən keyfiyyətlərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO