İlham Əliyevdən Silahlı Qüvvələrlə bağlı açıqlama:

İlham Əliyevdən Silahlı Qüvvələrlə bağlı açıqlama: "Hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər"

Hazırda oxunan: İlham Əliyevdən Silahlı Qüvvələrlə bağlı açıqlama: "Hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər"

52350

"Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm".

Bizim.Media xəbər verir ki, bunu Şuşaya səfəri zamanı Cıdır düzündəki çıxışında Prezident İlham Əliyev deyib.

Dövlət Başçısı vurğulayıb ki, Silahlı Qüvvələrimizin qarşısında yeni vəzifələr qoyub:

"Bu gün səhər Hadrutda müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO