Türkiyə Prezidenti: “Azərbaycanın yeni uğurlarından sevinc hissi keçirirəm”

Türkiyə Prezidenti: “Azərbaycanın yeni uğurlarından sevinc hissi keçirirəm”

Hazırda oxunan: Türkiyə Prezidenti: “Azərbaycanın yeni uğurlarından sevinc hissi keçirirəm”

52323

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni uğurlara imza atmasını, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən doğan sevinc hissləri ifadə olunur.

“Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən böyük sevinc hissi keçirirəm.

Qarabağın əvvəlcə işğaldan azad edilməsində, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz əzm və qətiyyət Türkiyə tərəfindən böyük təqdirlə qarşılanır”, - deyə məktubda vurğulanır.

Türkiyə Prezidenti qeyd edir ki, sarsılmaz qardaşlıq bağları əsasında yaratdığımız, yüksək səviyyəli səfərlərlə inkişaf etdirdiyimiz əməkdaşlığımız sayəsində bölgəmizin mənzərəsini və gələcəyini müəyyənləşdirən bir çox ortaq layihələr reallaşdırmışıq və reallaşdırmaqda davam edəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO