Ayaz Mütəllibovdan İlham Əliyevə yubiley TƏBRİKİ – “Heç kimin gözləmədiyi bir vaxtda...”- EKSKLÜZİV

Ayaz Mütəllibovdan İlham Əliyevə yubiley TƏBRİKİ – “Heç kimin gözləmədiyi bir vaxtda...”- EKSKLÜZİV

Hazırda oxunan: Ayaz Mütəllibovdan İlham Əliyevə yubiley TƏBRİKİ – “Heç kimin gözləmədiyi bir vaxtda...”- EKSKLÜZİV

52226

“Azərbaycan xalqını məğlub xalqlar siyahısından çıxarıb, qalib xalqlar cərgəsinə daxil etdiyiniz üçün Sizə və qəhrəman ordumuza bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, bir dövlət başçısı kimi əldə etdiyiniz uğurlar daha da artacaq və istər Azərbaycan, istərsə də dünya tarixində öz sözünü demiş siyasətçi kimi hələ daha çox nailiyyətlərə imza atacaqsınız”.

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkə başçısı İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar təbrikini çatdırarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyevin 60 yaşına - 60 FAKT


Eks-prezidentin Ali Baş Komandanı ad günü münasibətilə ürək sözlərini olduğu kimi təqdim edirik:

“Cənab prezident Sizin apardığınız düşünülmüş təmkinli və qətiyyətli mübarizənizin nəticəsində, heç kimin gözləmədiyi, ümüdlərin kəsildiyi bir vaxtda, Azərbaycan xalqı öz tarixi dədə baba torpaqlarına sahib çıxdı. Şuşa kimi alınmaz bir qala, neçə-neçə müqəddəs məkanlarımız, məscidlərimiz Sizin qətiyyətiniz, hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olundu.

Ali Baş Komandan ad günü və yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, can sağlığı, şərəfli, məsuliyyətli, eyni zamanda mürəkkəb və gərgin işinizdə müvəffəqiyyətlər arzulayıram”, - deyə Ayaz Mütəllibov vurğulayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO