Hadı Rəcəblidən PREZİDENTƏ:  – “Xoşbəxtəm ki, Sizi yaxından tanımışam”

Hadı Rəcəblidən PREZİDENTƏ:  – “Xoşbəxtəm ki, Sizi yaxından tanımışam”

Hazırda oxunan: Hadı Rəcəblidən PREZİDENTƏ:  – “Xoşbəxtəm ki, Sizi yaxından tanımışam”

52161

“Xoşbəxtəm ki, Sizi Milli Məclisdə yaxından tanımışam. İdarəetmə özəlliklərinizi yaxşı bilir və Sizinlə fəxr edirəm. Ölkəmizin daha genişmiqyaslı və sistemli qələbələri hələ qabaqdadır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında keçmiş millət vəkili Hadı Rəcəbli ölkə başçısı İlham Əliyevi 60 illik yubileyi ilə bağlı təbrik edərkən bildirib. Prezidentə daim sədaqətli olduğunu qeyd edən Hadı Rəcəbli İlham Əliyevi millətin qəhrəman oğlu adına layiq görüldüyünü bildirib:

“Çox hörmətli İlham Heydər oğlu!

Yubiley gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, sağlamlıq və gərgin fəaliyyətinizdə daha uca zirvələr fəth etməyi arzulayıram. 60 illik ömrünüzün üçdə birini çətin iqtisadi və sosial durumlardan sabitliyə yenicə çıxmış ölkəmizə rəhbərliyə həsr etmisiniz.

Bir il bundan  öncə  ali baş komandanı olduğunuz ordumuz döyüşlərdə qalib oldu, ərazilərimizi işğaldan azad etdi.
 

Xalqın Sizə olan məhəbbəti və birlik nümunəsi özünü bariz şəkildə göstərdi və millətimizin qəhrəman oğlu adını qazandınız. Siz dünyada cəsarətli şəxsiyyət ağıllı və peşəkar diplomat nümunəsi olan prezident, ali baş komandan kimi lider etalonusunuz.


Ulu öndərimizin iqtisadi, sosial və xarici  siyasət sahəsində apardığı uğurlu işləri daha müasir tələblərlə davam etdirirsiniz. Bu yolda Sizə uğurlar diləyir, bir daha can sağlığı və xoşbəxtlik arzulayıram. Sizə daim sədaqətli olan  Hadı Rəcəbli”, deyə o, təbrik məktubunda qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO