Korotçenko İlham Əliyevin Brüssel çıxışındakı VACİB DETALLARI şərh etdi

Korotçenko İlham Əliyevin Brüssel çıxışındakı VACİB DETALLARI şərh etdi

Hazırda oxunan: Korotçenko İlham Əliyevin Brüssel çıxışındakı VACİB DETALLARI şərh etdi

0:00
0:00
50731

Rusiyalı hərbi ekspert, jurnalist İqor Korotçenko Brüssel görüşü çərçivəsində Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı maraqlı status paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Korotçenko özünün "facebook" hesabında “Prezident İlham Əliyevin Brüsseldə mətbuat konfransında səsləndirdiyi ən vacib məqamlar bunlar idi”,-deyə qeyd edir: 
 

MÖVZU İLƏ BAĞLI:

İqor Korotçenko "Mixtaryanın Şuşadakı villası" barədə: "İşğal dönəmindəki tək yeni tikili" 


“Zəngəzur dəhlizinə açılması, noyabrın 10-da Rusiya prezidenti, Ermənistanın baş naziri və mənim imzaladığım üçtərəfli bəyannamədə öz əksini tapıb. Zəruri şərtlər Ermənistan üçün bir növ öhdəlikdir.

Baxmayaraq ki, bir ildən artıq müddətdə irəliləmək asan deyildi, indiki mərhələdə biz Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun, eləcə də magistral yolun çəkilməsi ilə bağlı razılığa gəldik. Lakin əsas yolun dəqiq marşrutu hələ müəyyən edilməyib”.

Daha sonra Korotçenko qeyd edir ki, İlham Əliyev hər iki dəhlizdə həm Zəngəzur, həm də Laçın dəhlizindəki gömrük məntəqəsinin olmaması məsələsinə toxunub. Prezident qeyd edib ki, əgər ermənilər Zəngəzur dəhlizində gömrük məntəqəsinin olmasına dair israr edərsə, Azərbaycan da bu addımı Laçın dəhlizində atacaq.

Sonda hərbi ekspert İlham Əliyevin mətbuat konfransında qətiyyətli çıxışının bir hissəsinin ən vacib məqamına da diqqət çəkib:
 

“Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxışımız üçün deyil, həm də Ermənistanla İran arasında Naxçıvan Muxtar Respublikasından keçən dəmir yolu əlaqəsi üçün lazımdır.


Beləliklə, Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsini Azərbaycan ərazisindən keçir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO