Ermənistan mina xəritələrini təhvil vermək istəmirdi - Elnur Məmmədov

Ermənistan mina xəritələrini təhvil vermək istəmirdi - Elnur Məmmədov

Hazırda oxunan: Ermənistan mina xəritələrini təhvil vermək istəmirdi - Elnur Məmmədov

0:00
0:00
49629

“Ermənistan bir çox məsələdə olduğu kimi, mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində də təəssüflər olsun ki, qeyri-səmimi mövqedən çıxış edirdi”.

Bizim.Media xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanı ABŞ və Britaniyadan olan peşəkar vəkillər təmsil edib” – Nazir müavini


XİN rəsmisinin sözlərinə görə, Ermənistan tərəfi bu məsələnin ümumiyyətlə, şərh edilməsindən imtina edirdi.

“Yalnız iyun-iyul aylarında işğaldan azad edilmiş Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin təqdim edilməsi müqabilində Azərbaycanda saxlanılan və müxtəlif cinayətləri törətdiyinə görə məsuliyyətə cəlb edilən erməniəsilli şəxslərin qeyri-şərtsiz azadlığa buraxılması ilə şərtləndirilmişdi”, - deyə Elnur Məmmədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO