Oleq Kuznetsov Soçi görüşü haqda: "Azərbaycan yeni savaşa başlamaq üçün hüquq əldə etdi" – ÖZƏL

Hazırda oxunan: Oleq Kuznetsov Soçi görüşü haqda: "Azərbaycan yeni savaşa başlamaq üçün hüquq əldə etdi" – ÖZƏL

47973

"2020-ci il 10 noyabr və 2021-in 11 yanvar bəyanatlarından fərqli olaraq, Qarabağla bağlı dünənki - 26 noyabr bəyanatı regionda situasiyanın inkişafı üçün yeni vektorlar çəkməyib. Yeni dəyişikliklərin realizəsində müddət, təşkilatçılıq formaları qeyd olunmayıb. Daha əvvəlki bəyanatlarda müharibədən sonrakı nizamlanmaların mexanizmləri olub. Zənnimcə, bu dəfəki görüş özündə prosesin staqnasiyasını (durğunluq) ehtiva edir".

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Rusiyanın tanınmış hüquqşünas, tarixçi və politoloqu Oleq Kuznetsov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Zəngəzur dəhlizinin niyə tez açılmasını istəyir? - Oleq Kuznetsovdan ÖZƏL


Ekspert demarkasiya və delimitasiyaya da toxunub:

"Buna Azərbaycan mətbuatındakı kimi sevindirici yanaşmazdım. Bəyanatı diqqətlə oxusaq, burada söhbət ancaq sərhəddəki təhlükəsizliyi artırmaq və tərəflərin delimitasiya-demarkasiya ilə bağlı komissiyanın yaradılmasından gedir. Məsələn mən burda sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanmasını görmürəm. Görmədiyim başqa nüans bu prosesin dəqiq başlanma tarixidir. 

Buna görə də 2021-in iyulunda dediyim fikirlərdə qalıram:

"Azərbaycan yeni savaşa hazırlaşmalıdır. Ya da Ermənistanla dövlət sərhədini müəyyənləşdirmək üçün hərbi əməliyyat reallaşdırmağa hazır olmalıdır. Rəsmi Bakı da özü üçün müəyyənləşdirməlidir ki, hansı sərhəd xətti onlar üçün daha önəmlidir, yaxud tarixi əhəmiyyət kəsb edir. Ədalətli çözüm naminə beynəlxalq mediada kampaniyaya start vermək lazımdır. Ardınca isə əlində silah mühüm hesab olunan qanuni sərhəd xətlərini təyin etməlidir".

Məhz bu kontekstdə hesab edirəm ki, 26 noyabr bəyanatı Azərbaycanın əllərini açır. Yəni, Azərbaycana yeni savaşa başlamaq üçün hüquq əldə etdi. Çünki sənəddə Azərbaycanın harada dayanmalı olduğu göstərilməyib".

Oleq Kuznetsov bəyanatın 3-cü abzasına da toxunub:

"Həmin hissədə Rusiya sülhməramlı kontingentinin pozitiv rolu qeyd olunur. Bununla da Bakı sülhməramlıların müsbət rolunu qəbul edir və bu da missiyanın ünvanına aqressiya və tənqidlərin dərəcəsini azaldacaq. Bu isə ticari-iqtisadi əməkdaşlıqda olduğu kimi, iki ölkə arasındakı humanitar əlaqələri də stabilləşdirəcək və inkişaf etdirəcək. Prezident İlham Əliyevlə görüşdə Putin iki ölkə arasında ticarət dövriyyəsinin 11 % artdığını dilə gətirib. Rəqəm ona eyhamdır ki, humanitar sferada əlaqələr yaxşılaşsa, iqtisadi əlaqələr inkişaf edəcək, sabit qalacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO