Əli Əsədov Vətən müharibəsi ilə bağlı Sərəncam imzaladı

Əli Əsədov Vətən müharibəsi ilə bağlı Sərəncam imzaladı

Hazırda oxunan: Əli Əsədov Vətən müharibəsi ilə bağlı Sərəncam imzaladı

4784

Baş nazir Əli Əsədov Vətən müharibəsi ilə bağlı üç sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.

Birinci sərəncam "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqındadır.

İkinci sənəd "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədədir.

Üçüncü sərəncam isə "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli 1195 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqındadır.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO