Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, çıxışında Putun Qarabağ münaqişəsindən danışıb.
O, təəssüflə qeyd edib ki, Qarabağda bəzən qarşıdurmalar baş verir, itkilər var:
“Buna görə toplandıq ki, görək nələr edilib, daha nələr etmək lazımdır?”.
Rusiya prezidentinin sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağdakı vəziyyətdə müsbət rol oynayır.
Azərbaycan lideri İlham Əliyev də Azərbaycan və Ermənistan sərhədində gedən döyüşlərdən söz açıb:
“Bu, bizi riskləri necə idarə edə və minimuma endirə biləcəyimiz barədə ciddi danışmağa məcbur edir”
“Qarabağda faciəvi hadisələrin qarşısını almaq üçün tədbirlər görmək lazımdır”, deyə o, əlavə edib.
İlham Əliyev deyib ki, o, Putinin və Rusiya Federasiyası sülhməramlılarının Qarabağda sülhün qorunmasında rolunu yüksək qiymətləndirir.
Bizim.Media