“Ermənistan minalanmış ərazilərin xəritələri vermir” - Kamran Əliyev

“Ermənistan minalanmış ərazilərin xəritələri vermir” - Kamran Əliyev

Hazırda oxunan: “Ermənistan minalanmış ərazilərin xəritələri vermir” - Kamran Əliyev

44344

"Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan həmin xəritələri ya vermir, ya da verilən xəritələr tam dəqiq olmur: 

“Biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Həm bir tərəfdən həmin ərazilərin öz gücümüzlə, müttəfiqlərimizin gücü ilə minalardan təmizlənməsini həyata keçiririk, həm də Ermənistan tərəfi ilə də danışıqlar aparırıq. Qazaxıstanın paytaxtı Nursultanda olarkən Rusiyanın Baş prokurorunun təşəbbüsü ilə Ermənistan Baş prokuroru ilə görüşdük. Onlar bizə söz veriblər ki, bu xəritələri qısa müddətdə aidiyyatı qurumlarla birgə hazırlayıb təqdim edəcəklər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO