Zərdüşt Əlizadə: “Qərb Azərbaycandan İrana qarşı istifadə etmək niyyətindədir”

Zərdüşt Əlizadə: “Qərb Azərbaycandan İrana qarşı istifadə etmək niyyətindədir”

Hazırda oxunan: Zərdüşt Əlizadə: “Qərb Azərbaycandan İrana qarşı istifadə etmək niyyətindədir”

43197

“İran-Azərbaycan münasibətlərinə zərbə vura bilən qüvvələrin  kim ola bilməsi gün kimi aydındır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın Azərbaycandakı səfirliyinin  “İran və Azərbaycan arasında əməkdaşlıq möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsin” fikrinə münasibət bildirərkən deyib. Zərdüşt Əlizadənin sözlərinə görə, həmin qüvvələr ABŞ və İsraildir:

“Onlar Azərbaycandan İrana qarşı istifadə etmək niyyətindədirlər”.

Qeyd edək ki, ötən gün İranın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb:

“İran və Azərbaycan beynəlxalq səviyyədə də bir-birinə dəstək olurlar. İki ölkə arasında əməkdaşlıq möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsin”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO